Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix və Stavropol diyarının qubernatoru Vladimir Vladimirov hücumları təsdiqləyərək, tələfatın və ya əhəmiyyətli dağıntıların olmadığını bildiriblər. Mari-El respublikasının rəsmiləri vəziyyətlə bağlı hələlik şərh verməyib.
- “Stavrolen” zavodundakı yanğın Budyonnovskın müxtəlif yerlərindən görünürdü, Mari-Eldə çəkilmiş kadrlarda isə sənaye zonasının üzərində parıltı görünür”, - telegram-kanallar qeyd edir.
Rusiyanın Müdafiə nazirliyi, öz növbəsində, gecə ərzində 100-ə yaxın PUA-nın, o cümlədən Moskvaya doğru uçan bir neçəsinin “tutulduğunu” açıqlayıb.
Qeyd edək ki, “Stavrolen” zavodu Şimali Qafqaz Federal Dairəsində polietilen və polipropilen istehsal edən ən böyük müəssisələrdən biridir. “NS-Oil” neft emalı zavodu ildə təxminən 30 min ton neft, Mari-El müəssisəsi isə benzin və mazut daxil olmaqla hər il 1,6 milyon tona qədər yanacaq emal edir.
— Ahmadov (@BigAhmadov) October 29, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


